Türkiyədə dollar ucuzlaşdı

   Türkiyədə dollar ucuzlaşdı
  24 Noyabr 2021    Oxunub:1267
Son günlər Türkiyədə surətlə bahalaşan dolların məzənnəsində bu gün nisbətən ucuzlaşma qeydə alınıb.
AzVision.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Bildirilir ki, dolların ucuzlaşmasına səbəb Mərkəzi Bankın ardıcıl apardığı repo hərraclarıdır. Bu gün səhər saatlarında 12,99 TL-yə təklif edilən 1 ABŞ dolları saat 15:02-dən etibarən 4,49% azalaraq, 12,23 TL-yə düşüb.

Bir dollar dünən 13,50 TL təşkil edib ki, bu da tarixi rekordun yenilənməsi deməkdir.

Ekspertlər isə dolların yenidən bahalaşacağı qənaətindədir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Dollar   Türkiyə  





Xəbər lenti