Bloomberg: “Türkiyədə yanacağın qiyməti 10 faiz bahalaşa bilər”

      Bloomberg:    “Türkiyədə yanacağın qiyməti 10 faiz bahalaşa bilər”
  24 Noyabr 2021    Oxunub:1304
Türkiyədə noyabrın 24-dən 25-nə keçən gecə lirənin məzənnəsinin aşağı düşməsi ilə əlaqədar benzin və dizel yanacağının qiymətləri bahalaşa bilər.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb. Milli valyutanın zəifləməsi nəticəsində 1 litr benzinin qiyməti 1 lirə 1 kuruş (0,07 dollar), 1 litr dizel yanacağının qiyməti isə 1 lirə 5 kuruş (0,08 dollar) artacaq. Bu tədbirlərdən sonra İstanbulda benzinin bir litrinin orta qiyməti 9,66 lirə (0,74 dollar), dizelin 1 litri isə 9,77 lirə (0,75 dollar) olacaq.

Qeyd edək ki, artıq üç gündür ki, Türkiyə lirəsi ucuzlaşır. Hətta Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra Türkiyə lirəsinin ABŞ dollarına nisbətdə məzənnəsi minimumları yeniləməkdə davam edib. Lirənin ABŞ dollarına nisbətdə məzənnəsi 12,08 səviyyəsində ticarət olunub, bu isə yeni antirekord hesab olunur.

Ötən cümə axşamı Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi 16 %-dən 15 %-dəл azalmaqla bağlı qərar qəbul edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da televiziya müraciətində uçot dərəcəsinin azaldılmasına tərəfdar olduğunu bəyan edib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Benzin  





Xəbər lenti