Ölkəyə 319 min 410 doza “Pfizer” vaksini gətirilib

Ölkəyə 319 min 410 doza “Pfizer” vaksini gətirilib
  24 Noyabr 2021    Oxunub:1927
Ötən həftə Azərbaycana yeni növ koronavirus (COVID-19) əleyhinə 99 min doza “Pfizer/Biontech ” peyvəndi gətirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AzVision.az -a verilən məlumata görə, Azərbaycana bu günə qədər ümumilikdə 319 min 410 doza “Pfizer/Biontech” vaksini idxal edilib.

Məlumata əsasən, hazırda ehtiyatda 162 min 450 doza “Pfizer/Biontech” vaksini var.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi, ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq COVID-19 əleyhinə vaksinasiyada “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib. Məktuba əsasən, “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkədə istifadə olunan “Pfizer-Biontech” vaksininin istifadə müddəti dekabrın 31-dək uzadılıb.

Xatırladaq ki, Azərbaycanda COVID-19 infeksiyası əleyhinə “CoronoVac”, “AstraZeneca”, “Sputnik V” və ““Pfizer/Biontech” peyvəndlərindən istifadə edilir.

AzVision.az



Teqlər: Vaksin  





Xəbər lenti