Suqovuşanda daha bir erməni hərbçinin cəsədi aşkarlanıb

   Suqovuşanda daha bir erməni hərbçinin cəsədi aşkarlanıb
  24 Noyabr 2021    Oxunub:869
Ermənistan mediası İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarında məhv edilmiş daha bir hərbçinin cəsədinin aşkarlanması barədə məlumat yayıb.
AzVision.az xəbər verir ki, cəsədin qalıqları Suqovuşanda aparılan axtarışlar zamanı aşkar edilib.

-Axtarış xüsusi dəstə tərəfindən aparılıb. Hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək, - məqalədə yazılıb.

Qeyd edək ki, dünən Cəbrayıl ərazisində iki erməni hərbçisinin cəsədinin qalıqları aşkarlanmışdı. Xatırladaq ki, rəsmi məlumatlara görə Azərbaycan ərazilərində aparılan axtarış tədbirləri nəticəsində ümumilikdə 1700-dən çox erməni döyüşçüsünün meyiti və cəsəd qalıqları aşkar edilib və ya Ermənistan tərəfinə təhvil verilib. Reallıqda isə rəqəmlərin daha çox olduğu bildirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Cəsəd   Erməni  





Xəbər lenti