Paşinyan Overçukla regionda kommunikasiyaların açılmasını müzakirə edib

   Paşinyan Overçukla regionda kommunikasiyaların açılmasını müzakirə edib
  24 Noyabr 2021    Oxunub:1109
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşüb. AzVision.az ​xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, görüşdə regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın fəaliyyəti müzakirə edilib.

-Tərəflər Ermənistan və Rusiya arasında ikitərəfli əməkdaşlığın gündəliyi, eləcə də Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər. Tərəflər Transqafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərinə, Ermənistanın baş naziri, Rusiya və Azərbaycan prezidentlərinin 2021-ci il yanvarın 11-də imzaladıqları bəyanat çərçivəsində işlərin gələcək inkişafına toxunublar,- məqalədə qeyd olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti