Lavrov Mirzoyanla Qarabağ üzrə razılaşmaların icrasını müzakirə edib

Lavrov Mirzoyanla Qarabağ üzrə razılaşmaların icrasını müzakirə edib
  24 Noyabr 2021    Oxunub:506
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, tərəflər Qarabağ məsələsi üzrə üçtərəfli sazişin icrasını müzakirə ediblər:

“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 9 noyabr və 11 yanvar 2021-ci il tarixli sazişlərinin icrasının gedişi, o cümlədən qarşıdan gələn üçtərəfli görüş kontekstində müzakirə aparılıb”.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti