Armavia fəaliyyətini dayandırdı

Armavia fəaliyyətini dayandırdı
  02 Aprel 2013    Oxunub:1223
Şirkət bunu müflisləşmə prosesi ilə əlaqələndirib
Ermənistanın ən böyük milli aviaşirkəti sayılan Armavia bu gündən fəaliyyətini dayandırdığını açıqlayıb. Şirkət bunu müflisləşmə prosesi ilə əlaqələndirib.

Şirkətin rəhbəri Rusiyaya 50 milyon rubl borcun yarandığını və Rusiya aviamüəssisələrinin tərtib etdiyi qrafik əsasında borcun qaytarılmasının qeyri-mümkünlüyünü vurğulayıb. Erməni hava limanı Rusiya aviaşirkəti ilə yanaşı bir çox banklara da borcların yarandığını bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Cersi dairəsi Armavianın Mika şirkətini məhkəməyə verib. Dairə məhkəməsi Armaviadan 22 milyon dolların qaytarılmasını tələb edir.


Teqlər:





Xəbər lenti