Sudanda 42 aksiyaçı öldürülüb

Sudanda 42 aksiyaçı öldürülüb
  25 Noyabr 2021    Oxunub:592
Sudanda hərbçilərin etirazçılara açdığı atəş nəticəsində başından güllə yarası alan 21 yaşlı Tayyib Bəhr Nasser vəfat edib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Həkimlər Komitəsi məlumat yayıb. Qeyd olunub ki, oktyabrın 25-dən bəri təsdiqlənmiş ölənlərin sayı 42-yə çatıb.

Bir neçə həftədir davam edən etirazlardan sonra Sudan hərbçiləri oktyabrın 25-nə keçən gecə ölkənin baş naziri Abdullah Hamduku, eləcə də bir sıra yüksək vəzifəli məmurları və tanınmış siyasətçiləri həbs ediblər.

Ölkə lideri, general Əbdülfəttah əl-Burxan ən yüksək hakimiyyət orqanlarını istefaya göndərib və fövqəladə vəziyyət elan edib. O, həmçinin 30 yaşlı prezident Ömər əl-Bəşirin devrilməsindən sonra ölkədə keçid dövrünü və ordu ilə mülki hakimiyyət arasında münasibətləri müəyyən edən konstitusiya bəyannaməsinin bir sıra maddələrinin icrasını dayandırıb.

AzVision.az


Teqlər: Sudan  





Xəbər lenti