İtaliya sahillərində 300-dək miqrant xilas edilib

İtaliya sahillərində 300-dək miqrant xilas edilib
  26 Noyabr 2021    Oxunub:738
İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları Aralıq dənizində balıqçı gəmisində köməksiz qalan 296 miqrantı xilas ediblər.
AzVision.az xəbər verir ki, xilasetmə əməliyyatı 3 patrul gəmisi və bir təyyarə ilə Lampeduza adasından 14 mil uzaqlıqda aparılıb. Miqrantların 8-i uşaq, 14-ü isə qadındır.

Bundan başqa, İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları dənizdə təhlükəsiz liman ayrılmasını gözləyən Almaniyanın “Sea Watch” qeyri-hökumət təşkilatının xilasetmə gəmisindən isə 8-i hamilə qadın olmaqla 12 nəfəri təxliyə ediblər. Hazırda gəmidə qalan miqrantların sayı 463-dür.

Aralıq dənizində müxtəlif əməliyyatlarda 482 nəfəri xilas edən “Sea Watch-4” gəmisindən birinci mərhələdə 7 nəfər, ikinci mərhələdə isə 12 nəfər sağlamlıq vəziyyəti ilə əlaqədar təxliyə olunmuşdu.

Qeyd edək ki, Aralıq dənizinin İtaliya, Malta və Liviya arasında qalan hissəsi son illərdə Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib.

AzVision.az


Teqlər: İtaliya  





Xəbər lenti