Marketə saxta pul verən tutuldu

Marketə saxta pul verən tutuldu
  26 Noyabr 2021    Oxunub:901
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə oktyabrın 28-də Hövsan qəsəbəsində yerləşən marketlərin birinə bir nəfərin 2 ədəd 50 və 3 ədəd 100 manatlıq saxta əskinas verməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinasları verməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Şahverdiyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Saxta   Manat  





Xəbər lenti