Rusiya prezidenti İlham Əliyevə təşəkkür etdi

   Rusiya prezidenti İlham Əliyevə təşəkkür etdi
  26 Noyabr 2021    Oxunub:2082
“Azərbaycanda rus dilinin inkişafına göstərdiyiniz diqqətə görə sizə minnətdarlığımı bildirirəm”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda 340-a yaxın məktəbdə rus dili və ədəbiyyatı tədris olunur: “Azərbaycan məktəblilərinin 34%-i bu və ya digər şəkildə rus dilində təhsil alır. Bu yüksək göstərici Azərbaycan rəhbərliyi və xalqının bizimlə yaxın, çoxşaxəli təmaslar saxlamaq istəməsindən xəbər verir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti