X sinfə qəbul prosesi sabah yekunlaşır

X sinfə qəbul prosesi sabah yekunlaşır
  29 Noyabr 2021    Oxunub:836
Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbul prosesi noyabrın 30-u saat 18:00-da yekunlaşacaq.
Bu barədə AzVision.az -a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada həyata keçirilir. Əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

AzVision.az


Teqlər: Şagird   Təhsil  





Xəbər lenti