Benzinin qiyməti ucuzlaşacaq? SOCAR-dan açıqlama

   Benzinin qiyməti ucuzlaşacaq?    SOCAR-dan açıqlama
  29 Noyabr 2021    Oxunub:4200
Azərbaycanda benzinin qiymətini tənzimləyən qurum Tarif Şurasıdır. Gələcəkdə ölkə daxilində Aİ-95 benzini istehsal olunduqdan sonra onun satış şərtləri ilə bağlı dövlət qərar verəcək.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib.
"Ölkəmizə idxal olunan yanacağın qiymətini bazar müəyyənləşdirir. İstehsal olunan dizel və benzinin qiymətini dövlət təyin edir. Gələcəkdə ölkədə istehsal olunacaq AI-95 benzininin qiymətini dövlət və ya bazarın müəyyənləşdirməsi SOCAR-ın səlahiyyətində olan məsələ deyil".

Aytən Zəhra
AzVision.az


Teqlər: SOCAR   Benzin  





Xəbər lenti