Maskdan işçilərə iflas xəbərdarlığı
"Raptor"un istehsalı ilə bağlı böhran bir neçə həftə əvvəl göründüyündən daha pis vəziyyətə gəlib. Gələn il ən azı iki həftədə bir dəfə "Starship"in uçuşunu reallaşdıra bilməsək, real iflas riski ilə üzləşəcəyik", - Mask deyib.
Milyarder həmçinin Şükran günündən sonra (ABŞ-da noyabrın 25-də qeyd olunur-red.) uzunmüddətli məzuniyyətə getməyi planlaşdırdığını, lakin mühərriklərlə bağlı hazırkı vəziyyəti öyrəndikdən sonra cümə günü və həftə sonları şəxsən istehsalatda işləməyə qərar verdiyini bildirib.
Qeyd edək ki, "Raptor" maye metan və oksigenlə işləyən maye yanacaqlı raket mühərrikidir və Mask ondan "Starship"də istifadə etməyi gözləyir.
Tural Tağıyev
AzVision.az
Teqlər: