Balet ulduzları “Don Kixot” üçün Bakıya gəlirlər
![Balet ulduzları “Don Kixot” üçün Bakıya gəlirlər Balet ulduzları “Don Kixot” üçün Bakıya gəlirlər](https://azvision.az/photos/2021/11/Don-K-1638205181.jpg)
Teatr rəhbərliyi K.Kretova və İ.Svirkonu heç də təsadüfən bu tamaşaya dəvət etməyib. Hazırda bu cütlük dünyada çox tanınmış və tələb olunan balet ulduzlarıdır. Onlar dünyanın bir çox ölkələrində - Almaniya, Fransa, İsveçrə, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, Yaponiya, Meksika, Çin və s. ölkələrində qastrol səfərlərində uğurla çıxış ediblər.
Qastrolçularla yanaşı tamaşada Teatrımızın balet truppasının aparıcı solistləri - əmək artistlər Samir Səmədov, Cəmilə Kərimova, Elmira Süleymanova, solistlərdən Ayan Eyvazova, Teymur Oduşev və b. iştirak edəcəklər.
Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edəcək.