Havaya görə Bakıdan Naxçıvana iki reys gecikir

Havaya görə Bakıdan Naxçıvana iki reys gecikir
  30 Noyabr 2021    Oxunub:638
Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana "Azərbaycan Hava Yolları"nın (AZAL) iki reysi gecikir.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı AZAL yayıb. Bildirilir ki, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək:

"Aviaşirkətinin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar".

AzVision.az


Teqlər: Hava   AZAL  





Xəbər lenti