Rihannaya Barbadosun Milli Qəhrəmanı adı verilib

Rihannaya Barbadosun Milli Qəhrəmanı adı verilib
  30 Noyabr 2021    Oxunub:1135
Barbados əsilli müğənni Robin Rihanna Fenti Karib hövzəsi ölkəsinin Milli Qəhrəmanı adına layiq görülüb.
AzVision.az xəbər verir ki, bu barədə Barbadosun Baş naziri Mia Mottli məlumat verib. Onun sözlərinə görə, Robin Rihanna yaradıcılığı, intizamı və hər şeydən öncə vətəninə qeyri-adi bağlılığı ilə respublikanın rifahı üçün nümunəvi xidmət göstərib.

Qeyd edək ki, Rihanna1988-ci ildə Barbadosda dünyaya gəlib. Doqquz dəfə “Grammy” mükafatına sahib olan müğənni dünyada albomu ən çox satılan sənətçilərdən biridir. O, 2018-ci ildə Barbadosun ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

AzVision.az


Teqlər: Rihanna  





Xəbər lenti