Sabah Zaqatala və Balakəndə qaz olmayacaq

Sabah Zaqatala və Balakəndə qaz olmayacaq
  30 Noyabr 2021    Oxunub:721
Sabah Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində məhdudiyyətlər yanacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən AzVision.az -a verilən məlumata görə, SOCAR-ın Qaz İxrac İdarəsinə məxsus “Zaqatala” və “Balakən” QPS-lərdə quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə əlaqədar sabah dekabrın 1-də saat 09:00-da qaz təchizatı işlər bitənə qədər dayandırılacaq.

Qaz təchizatının dayandırılması Zaqatala (rayon mərkəzi və rayonun 10 kəndi) və Balakən rayonlarının (şəhər və rayonun 55 kəndi) bir hissəsini əhatə edəcək. “Azəriqaz” müvəqqəti narahatlığa görə abunəçilərdən üzv istəyib.

AzVision.az


Teqlər: SOCAR  





Xəbər lenti