Bank kartlarından pul çıxaranlar tutuldu

Məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından istifadə edərək onlara məxsus bank kartlarından pulları çıxararaq mənimsəməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Ayxan Qarayev və Elmir Əliyev saxlanılıblar.
Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: DİN