Keçmiş məhkumdan külli miqdarda narkotik götürlüb

Keçmiş məhkumdan külli miqdarda narkotik götürlüb
  01 Dekabr 2021    Oxunub:984
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
DİN-dən AzVision.az -a verilən görə, şəhər ərazisində polis əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində "Yaşıldərə" yaşayış massivinin sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Hüseynov Teymur Ağababa oğlu saxlanılıb.

Polis əməkdaşları tərəfindən T. Hüseynovun üzərində və yaşadığı evdə aparılan axtarış zamanı külli miqdarda heroin, maruxuana, metamfetamin və elektron tərəzi aşkar edilərək götürlüb. Adları çəkilən şəxs istintaqa təqdim olunub. Sumqayıt şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar bundan sonra da davam etdiriləcək.

AzVision.az


Teqlər: Məhkum   Narkotik  





Xəbər lenti