"Pandemiyadan dörd tələbə özünə sui-qəsd etdi" - Əziz Səncər

"Pandemiyadan dörd tələbə özünə sui-qəsd etdi" -    Əziz Səncər
  02 Dekabr 2021    Oxunub:1106
"Pandemiya tədqiqat qrupumuzun daim apardığı araşdırmaların işinə təsir etdi və biz işlərimizi təxirə saldıq".
AzVision.az xəbər verir ki, bunu Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər UNEC İqtisadi Forumu çərçivəsində "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

"İşçi qruplarımız bir ildir ki, öz mənzillərində qapalı şəkildə qalıblar. Son 4 ayda ABŞ-da vəziyyət biraz düzəlib. Bu da peyvəndləmə nəticəsində mümkün oldu. Yenə də maska taxılmalı və ciddi qoruyucu tədbirlər həyata keçirilməlidir. Son iki ayda çalışdığım təhsil müəssisəsində akademik il başlayandan tələbələr arasında 4 özünə sui-qəsd hadisəsi baş verib" - Ə.Səncər əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Tələbə  





Xəbər lenti