Nazir rəqəmsallaşmanın iqtisadi inkişafa verəcəyi töhfələrdən danışıb

Nazir rəqəmsallaşmanın iqtisadi inkişafa verəcəyi töhfələrdən danışıb
  02 Dekabr 2021    Oxunub:1306
“Cəmiyyətin inkişafını təmin edən yeganə vasitə innovasiya və texnologiyaların inkişafıdır. Azərbaycanda belə bir cəmiyyətin qurulması əsas hədəflərdəndir və bu istiqamətdə məqsədyönlü addımlar atılır".
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar” mövzusunda panel iclasda çıxışı zamanı deyib. O qeyd edib ki, bu gün Azərbaycan iqtisadiyyatı təbii resurslardan hələ də asılıdır:

"Qarşımızda duran əsas məsələ rəqəmsal transformasiyadan maksimum istifadə edərək zaman kəsiyini qısaltmaqdan ibarətdir. Bu vizyonu həyata keçirmək üçün həmin ekosistem yaradılmalıdır. Bu yol isə yalnız qanunun aliliyindən, sağlam fəaliyyət göstərən hökumətin mövcudluğundan, sabit infrastrukturun yaradılmasından keçir. Bunlar təmin edildikdən sonra ölkədə birmənalı şəkildə elmin və təhsilin inkişafına daha çox diqqət ayıra bilərik”.

AzVision.az


Teqlər: Rəqəmsallaşma  





Xəbər lenti