Azad olunan ərazilərdə su obyektlərinin elektron xəritəsi hazırlanıb
O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi qarşıda duran hədəflərdəndir: "Bu prosesi mütəşəkkil qaydada həyata keçirmək, həmçinin ekoloji vəziyyəti yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək nəzərdə tutulub".
M.Babayev vurğulayıb ki, ötən müddət ərzində işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün Nazirliyin müvafiq xidməti tərəfindən uçuş aparatları vasitəsilə 213 kvadrat kilometr ərazinin fotoçəkilişləri aparılıb, ortofotoplanlar və rəqəmsal topoqrafik planlar hazırlanıb: "Bununla yanaşı coğrafi informasiya sistemləri bazasında işğaldan azad olunmuş ərazilərdə yerləşən su və su təsərrüfatı obyektlərinin elektron su xəritəsi hazırlanıb".
Aytən Zəhra
AzVision.az