Şuşa və Ağdamda yeni yanacaqdoldurma məntəqələri tikiləcək

   Şuşa və Ağdamda yeni yanacaqdoldurma məntəqələri tikiləcək
  04 Dekabr 2021    Oxunub:890
"Hazırda Şuşada və Ağdam rayonu ərazisində mövcud modul tipli yanacaqdoldurma məntəqələrinin əvəzinə daimi yanacaqdoldurma məntəqələrinin (YDM) tikilməsi planlaşdırılır".
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib. O bildirib ki, ümumilikdə bütün azad olunmuş ərazilərimizdə YDM-lərin açılması ilə bağlı layihələr nəzərdən keçirilir.

İ.Əhmədov qeyd edib ki, Qubadlı rayonu Eyvazlı kəndində tikilən YDM artıq istifadəyə verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: SOCAR   YDM  





Xəbər lenti