
Araşdırmalar zamanı naməlum şəxsin qeyri-qanuni yolla mağazaya daxil oaraq oradan ümumi dəyəri 700 manat olan tütün məmulatları və 110 manat nağd pulu oğurlaması məlum olub. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş Samux rayon sakini Məhəmməd Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

AzVision.az