Vaksinasiyaya saxta qolla gəldi
Pyemont bölgəsində baş verən bu maraqlı hadisə zamanı tibb bacısı iynə vurduğu vətəndaşın qolundan şübhələnib. O yaşlı adamın onu aldatmağa çalışdığını anlayıb. Tibb bacısı deyib ki, peyvənd vurduran italyanın qol dərisi onun üzündən daha çox parlaq görünürmüş.
- Tibb işçisinin əvvəlcə bu adama yazığı gəlib ki, yəqin qolunda hansısa protez var. Amma sonradan fırıldaqçı italyan peyvənd olunmamaq üçün qəsdən saxta əllə gəldiyini etiraf edib, - məqalədə yazılıb.
CNN yazıb ki, yerli hakimiyyət orqanları vətəndaşı yalnız şifahi şəkildə qınamayıbar, Biella bələdiyyəsinin səhiyyə şöbəsi prokurorluqdan hadisə ilə bağlı araşdırma aparmağı xahiş edib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


