Buster doza vurduranların sayı 1 milyona çatır

   Buster doza vurduranların sayı 1 milyona çatır
  04 Dekabr 2021    Oxunub:950
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35832 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3889, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5346 , buster doza üzrə vaksinasiya olunanların sayı isə 26597 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10675649, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5095524, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4588915, buster doza üzrə vaksinasiya olunanların sayı isə 991210 təşkil edir.

AzVision.az


Teqlər: Vaksinasiya  





Xəbər lenti