Ötən sutka 5 mindən çox insan koronavirusda ölüb
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (56 min 742 nəfər) ABŞ-da, bu xəstəlikdən ölüm faktı isə (1215 nəfər) Rusiyada qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (49,9 milyon), Hindistan (34,6 milyon), Braziliya (22,1 milyon), Böyük Britaniya (10,4 milyon), Rusiya (9,7 milyon), Türkiyə (8,8 milyon) və Fransada (7,8 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
AzVision.az
Teqlər: Koronavirus