Saatlıda yaşadığı yeri tərk edən COVID-19 xəstəsi aşkarlanıb

Saatlıda yaşadığı yeri tərk edən COVID-19 xəstəsi aşkarlanıb
  05 Dekabr 2021    Oxunub:611
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayon sakini Allahverdi Hüseynovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
Bu barədə AzVision.az - a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Saatlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

AzVision.az


Teqlər: Saatlı   koronavirus  





Xəbər lenti