Bakı metrosunda sərnişin qatar yoluna düşdü

   Bakı metrosunda sərnişin qatar yoluna düşdü
  05 Dekabr 2021    Oxunub:1576
"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.
Bu barədə AzVision.az -a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, dərhal xətdən yüksək gərginlik çıxarılıb:

"Təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb. Ona ilkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub".

Qurum rəsmisinin sözlərinə görə, aidiyyəti üzrə araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti