Gürcüstanda son sutkada koronavirusdan 46 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 46 nəfər ölüb
  05 Dekabr 2021    Oxunub:710
Gürcüstanda son sutka ərzində daha 3 410 nəfərdə koronavirus aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata görə, virusa yoluxmuş 4 732 nəfər müalicə olunaraq sağalıb, eyni zamanda 46 pasiyent vəfat edib.

Hazırkı dövrə qədər qonşu ölkədə COVID-19 infeksiyasına 865 293 nəfər yoluxub. Onların 806 596-sı sağalıb, 12 344-ü isə dünyasını dəyişib.

AzVision.az


Teqlər:





Xəbər lenti