Gəncədə ağır yol qəzası, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

   Gəncədə ağır yol qəzası,    ölənlər və xəsarət alanlar var  - YENİLƏNİB
  05 Dekabr 2021    Oxunub:1132
Gəncə şəhərində baş verən ağır avtomobil qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyətləri məlum olub.
Qəza zamanı sürücü, 2005-ci il təvəllüdlü Nüman Əlizadə, piyada, 2008-ci il təvəllüdlü Nazlı İbrahimova ölüb. Hadisə zamanı 2003-cü il təvəllüdlü Cavid Kazımov, 2004-cü il təvəllüdlü Elcan Əliyev və onun həmyaşıdı İlkin Bayramov xəsarət alıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
14:46
Gəncə şəhərində ağır avtomobil qəzası qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri piyadadır. Qeyd edilir ki, avtomobil öncə 8-ci sinif şagirdi olan Nazilə adlı piyadanı (soyadı dəqiqləşdirilir-red) vurub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində piyada və avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.(Report)

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti