Daha 1 394 nəfərdə koronavirus aşkarlanıb, 20 nəfər ölüb

   Daha 1 394 nəfərdə koronavirus aşkarlanıb,    20 nəfər ölüb
  05 Dekabr 2021    Oxunub:475
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 394 yeni yoluxma faktı qeydə alınıb, 1 791 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az - a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 596 388 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 564 577 nəfər müalicə olunaraq sağalıb, 7 967 nəfər vəfat edib, aktiv xəstə sayı 23 844 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 503, ötən müddət ərzində isə ümumilikdə 5 602 773 test aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti