Türkiyə vətəndaşları Azərbaycanda dəm qazından öldü

   Türkiyə vətəndaşları Azərbaycanda dəm qazından öldü
  05 Dekabr 2021    Oxunub:931
Goranboyda evdə iki nəfər dəm qazından zəhərlənərək ölüb. Hadisə rayonun Qarasüleymanlı kəndində baş verib.
AzVision.az xəbər verir ki, dəm qazından boğulub ölənlər Türkiyə vətəndaşlarıdır. Bunlar 1967-ci il təvəllüdlü Cavid Özoğlu və 1971-ci il təvəllüdlü Mustafa Zəngindir.

Məlumata görə, həmin şəxslər Yolçuyev Nüsrət İbrahim oğlunun evinə qonaq gəliblərmiş.

AzVision.az


Teqlər:



Xəbər lenti