"Arzum yerinə yetdi, Şuşada namaz qıldım" - Əziz Sancar

   "Arzum yerinə yetdi, Şuşada namaz qıldım" -    Əziz Sancar
  06 Dekabr 2021    Oxunub:1215
"Mənim üçün Qarabağ münaqişəsi və Zəfəri Türkiyənin qurtuluş müharibəsindən sonra Türk dünyasının ən böyük zəfəridir".
AzVision.az xəbər verir ki, bunu Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu qələbə tək Azərbaycanın deyil, türk dünyasının qələbəsidir:

"Qarabağ müharibəsini yaxından izləmişəm. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Hesab edirəm ki, tarixi səbəbi ilə bütün Türk dünyasının da mədəniyyət paytaxtı olacaq. Söz vermişdim ki, Şuşaya gedib namaz qılacam. Çox şükür ki, bu arzum yerinə yetdi".

Aytən Zəhra
AzVision.az


Teqlər: Şuşa  



Xəbər lenti