Əziz Sancar Prezidentlə görüşü barədə: "Qarabağ döyüşündən danışdıq"

 Əziz Sancar Prezidentlə görüşü barədə:    "Qarabağ döyüşündən danışdıq"
  06 Dekabr 2021    Oxunub:901
"Prezident İlham Əliyevlə gözəl görüş oldu. Bunun üçün İlham Əliyevə təşəkkür edirəm. Biz Qarabağ döyüşündən danışdıq".
AzVision.az xəbər verir ki, bunu Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, görüşdə ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı heç bir şey etməməsindən, ikiüzlüyündən danışılıb.

"44 günlük müharibədə Azərbaycan haqq mübarizəsi aparıb. Əgər addım atmasaydıq, Qarabağ Ermənistanda qalardı. Şükür, bu gün torpaqlar geri qayıdıb. Mən bir türk millətçisiyəm. Amma əvcəlcə elmdə qüvvətli olmalısan. Əgər elmdə güclü olmasan, mübarizə apara bilməzsən. İlham Əliyev də bunu deyirdi. Mən "biz türklər" dedikdə Azərbaycan, Türkiyə və digər türk dövlətlərindən danışıram. Biz elmə, tibbə təəssüf ki, bir qatqı göstərə bilməmişik. İnsanlığa borcumuz var".

O qeyd edib ki, 44 günlük müharibədə ABŞ tərəfindən bir reaksiya olmadı: "44 günlük müharibədə ABŞ tərəfindən sərt reaksiya göstərəcək deyə qorxurdum. Çünki, orada erməni lobbisi güclüdür. 44 günlük müharibədə Amerika tərəfindən reaksiya olmadı, başları prezident seçkilərinə qarışmışdı. Nəsə də deyə bilməzdilər. Çünki Azərbaycan öz doğma torpağını istəyib".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti