Qarabağa qayıdacaq əhali ilə bağlı qanun layihəsi hazırlanıb

   Qarabağa qayıdacaq əhali ilə bağlı qanun layihəsi hazırlanıb
  06 Dekabr 2021    Oxunub:762
İşğaldan azad ediləcək ərazilərə qayıdacaq əhalinin repatriasiyası və reintiqrasiyası üzrə alt proqramların tətbiq edilməsi nəzərdə tutulur. Bu prosesdə məşğulluq və digər məsələlər də əksini tapacaq.
AzVision.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda deyib.

O bildirib ki, Qarabağda yaşayacaq əhalinin işlə təminatı üçün xüsusi məşğulluq kvotası və işə götürmənin prinsipləri üzrə razılıq əldə ediləcək:

“Əhalinin ilkin məşğulluğu dövlət xətti ilə təmin olunacaq. Qayıdacaq əhalinin repatriasiyası və reintiqrasiyası ilə bağlı hazırlanan qanun layihəsinin ilkin variantı hazırdır. Artıq Nazirlər Kabineti, Prezident Administrasiyası və rəy verilməsi üçün müvafiq qurumlara təqdim edilib”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ   Əhali  





Xəbər lenti