Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

   Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
  06 Dekabr 2021    Oxunub:850
Külli miqdarda dələduzluq törətməkdə şübhəli bilinərək beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı bu yaxınlarda Monteneqroda saxlanılıb
Bu barədə AzVision.az -a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən aparılan danışıqlar nəticəsində onun ekstradisiyası ilə bağlı razılıq əldə edilib.

"İstanbul hava limanı vasitəsilə ölkəmizə tranzit gətirilməsi qardaş Türkiyə ilə razılaşdırılıb. Nəticədə həmin şəxs nazirliyin əməkdaşları tərəfindən dekabrın 4-də Bakıya gətirilib".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti