İpoteka Fondu: “Problemli kreditlərimiz yoxdur”

   İpoteka Fondu:    “Problemli kreditlərimiz yoxdur”
  06 Dekabr 2021    Oxunub:629
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditlərinin əlverişli şərtlərlə verilməsi bu kreditlərə yüksək tələb formalaşdırıb.
İpoteka və Kredit Zəmanət Fondundan AzVision.az -a verilən məlumata görə, təkcə 2021-ci ilin 11 ayında ipoteka kreditləri üzrə ödəniş qabiliyyətli tələb 1,1 milyard manatdan çox olub.

İpoteka kreditlərinin məbləğində müşahidə olunan əhəmiyyətli artım İKZF-nin kredit portfelinin keyfiyyətinə təsir göstərməyib. Tətbiq olunan ciddi standartlar və adekvat qiymətləndirmə əsasında Fondun kifayət qədər sağlam kredit portfeli formalaşıb. Hazırda kredit portfelində problemli kreditlər yoxdur, bu da həm ölkənin maliyyə-bank sistemində, eləcə də beynəlxalq təcrübədə ən yaxşı göstərici hesab olunur.

AzVision.az



Teqlər: Kredit  





Xəbər lenti