İlham Əliyev Zəngəzur dəhlizindən danışdı: "Bizə tarix versinlər" - VİDEO
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşü zamanı deyib.
Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi. Yol boyunca gələndə gördüm, şəhidlərin şəkilləri vurulub. Hər bir yerdə belədir, - mən son vaxtlar Qarabağ bölgəsinə tez-tez gedirəm, - kəndlərdə şəhidlərin şəkilləri vurulub. Yəni, bu Zəfəri bütün Azərbaycan xalqı əldə edib. Hər bir vətəndaş, hər bir rayon sakini, hər bir nümayəndə. Ona görə bu, tarixi hadisədir və cəmi bir il keçib üstündən, görün nə qədər böyük işlər görmüşük. Mən Qarabağ, Zəngəzur bölgəsinə bəlkə də 10 dəfədən çox getmişəm. Amma, eyni zamanda, Azərbaycanın qalan yerlərini də yaddan çıxarmıram", - dövlət başçısı bildrib.
AzVision.az
Teqlər: İlham-Əliyev