Milli parkda “açıq qapı” günü keçiriləcək

Milli parkda “açıq qapı” günü keçiriləcək
  07 Dekabr 2021    Oxunub:556
Xüsusi mühafizə olunan təbiət ərazilərindən biri olan, dağlıq və dağətəyi landşaftı ilə seçilən, yüksək zirvələri, füsunkar gölləri və şəlalələri ilə göz oxşayan Şahdağ Milli Parkının yaranması günü ilə əlaqədar dekabrın 8-də milli parkda “açıq qapı” günü keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova AzVision.az -a açıqlamasında bildirib ki, İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz, Şamaxı rayonlarının inzibati ərazilərini əhatə edən və Cənubi Qafqazda ən böyük əraziyə malik olan Şahdağ Milli Parkı özünəməxsus rəng çalarları ilə ilin hər fəslində gözəldir.

Xidmət rəsmisi zəngin təbii landşafta, unikal ekosistemə malik olan Şahdağ Milli Parkını və onun zubrlarla daha cəlbedici görünən zəngin biomüxtəlifliyini seyr etmək istəyən hər kəsi milli parka dəvət edib.

Şahdağ Milli Parkı ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli Sərəncamı ilə yaradılıb.

AzVision.az


Teqlər: Park  



Xəbər lenti