"Şəxsiyyət əleyhinə cinayətlərin 100 faiz açılması təmin edilib" - DİN

   "Şəxsiyyət əleyhinə cinayətlərin 100 faiz açılması təmin edilib" -    DİN
  07 Dekabr 2021    Oxunub:716
Bu ilin yanvar-noyabr aylarında mülkiyyət əleyhinə cinayətlər sırasında oğurluq hadisələri 542 fakt azalıb. mülkiyyət əleyhinə cinayətlər üzrə - xüsusi əmlak üzrə oğurluqları 518, əl çantasından oğurluqlar (cibgirlik) 47, mobil telefon oğurluğu 157, mənzil və şəxsi evlərdən oğurluqlar üzrə 283 fakt azalma müşahidə olunub
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, bu, ötən illə müqayisədə cinayətlərin ümumi indeksində yaxşıya doğru müsbət dinamikadır: "Bu, onu göstərir ki, ölkəmizdə həyata keçirilən effektiv hüquq-mühafizə tədbirləri nəticəsiz qalmayıb.

Cinayətlərin açılma faizi orta hesabla 90 faizə yaxındır. Elə cinayətlər var ki, xüsusən şəxsiyyət əleyhinə olan cinayətlərin 100 faiz açılması təmin edilib. Bu il adamların girov götürülmə faktı qeydə alınmayıb".

AzVision.az


Teqlər:





Xəbər lenti