Son bir ayda dəm qazından 30 nəfər zəhərlənib

   Son bir ayda dəm qazından 30 nəfər zəhərlənib
  07 Dekabr 2021    Oxunub:809
Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib.
KTM-dən AzVision.az -a bildirilib ki, onlar arasında ölüm hadisəsi qeydə alınmayıb. Müraciət edənlərin hər biri sağalaraq, evə buraxılıb: "Havaların soyuması ilə əlaqədar son zamanlar dəm qazından zəhərlənmə halları çoxalıb və bu səbəbdən də əhalini ehtiyatlı olmağa çağırırıq. Dəm qazından zəhərlənmə əlamətləri əsasən bunlardır: Başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s.

Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir", - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: Dəm-qazı  





Xəbər lenti