Turizm bələdçiləri üçün akkreditasiya 200-500 manata başa gələcək

Turizm bələdçiləri üçün akkreditasiya 200-500 manata başa gələcək
  07 Dekabr 2021    Oxunub:823
“Azərbaycanda aktiv turizm bələdçilərii 3 ildən bir akkreditasiyadan keçməlidir”.
AzVision.az xəbər verir ki, bunu turizm bələdçilərinin sertifikatlaşdırılması orqanının keyfiyyət üzrə meneceri Səkinə Əsgərova deyib.

“Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” İctimai Birliyinin sədri Tural Musayev isə deyib ki, akkreditasiya 200-500 manata başa gələcək. “Biz istəyirik ki, bu məbləğin bir hissəsini Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosu ödəsin. Ümid edirik ki, gələn ilin sonuna qədər bu, qəbul olunacaq”, - deyə o, qeyd edib.

T.Musayev ölkədəki bələdçilərin sayını da açıqlayıb: "Hazırda ölkəmizdə 300-ə yaxın turizm bələdçisi var. Optimallaşmadan sonra təxminən 100 turizm bələdçisi qalacağını düşünürük".

Aytən Zəhra
AzVision.az


Teqlər: Turizm   Bələdçi  





Xəbər lenti