Bu il aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 2,5% artıb

Bu il aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 2,5% artıb
  07 Dekabr 2021    Oxunub:610
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 7 780 vahid təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AzVision.az-a verilən məlumata görə, son 1 ildə fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 2,5% artıb.

Bu il dekabrın 1-nə qeydiyyatda olan aktiv kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% artıb, xüsusi çəkisi isə 59,8%-ə yüksəlib. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,7% artıb. Ümumiyyətlə, müqayisə edilən dövrdə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,3% artaraq 41 543 vahid təşkil edib.

Bu ilin dekabrın 1-nə 16 732 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artıb. Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatından keçmiş 999 xarici investisiyalı kommersiya hüquqi şəxsin 33,1%-i ticarət, 26,8%-i xidmət, 12,1%-i tikinti, 10,7%-i sənaye, 4,8%-i rabitə, 12,5 %-i isə digər sahələrdə fəaliyyət göstərir.

Yanvar-noyabr ayları ərzin də yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 723 yerli investisiyalı MMC (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 86,5% çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16%, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 17,9% təşkil edib.

Aytən Zəhra
AzVision.az



Teqlər: ƏDV  





Xəbər lenti