Müdafiə nazirliyi Ermənistanın yalan məlumatlar yaydığını bəyan edib

 Müdafiə nazirliyi Ermənistanın yalan məlumatlar yaydığını bəyan edib
  07 Dekabr 2021    Oxunub:353
"Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya açılan atəş nəticəsində Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvü Qor Martirosyanın öldürülməsi barədə yayılan məlumat əsassızdır və tamamilə yalandır".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu kimi yalan məlumatların yayılması dekabrın 5-də axşam saatlarında qarşı tərəfdə baş vermiş ölümlə nəticələnən növbəti cinayətin ört-basdır edilməsi cəhdidir.

AzVision.az

Teqlər:







Xəbər lenti