Şadlıq sarayından oğurluq edən tutuldu

Şadlıq sarayından oğurluq edən tutuldu
  08 Dekabr 2021    Oxunub:625
Oğuz rayonunun Qumlaq kəndində yerləşən “Ülvi” şadlıq sarayından oğurluq edilib.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan televizor, nasos, enerji və spirtli içkiləri, eləcə də kassada olan pulu oğurlayıb.

Hadisə ilə əlaqədar Oğuz Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin Şirvanlı kənd sakini, əvvəllər də məhkum olunmuş Rəhman Hümbətov olduğu müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.

R.Hümbətov hadisə zamanı sərxoş olduğunu bildirib və oğurladığı əşyaları yaşadığı ünvanda gizlətdiyini, pulu isə xərclədiyini etiraf edib.

AzVision.az


Teqlər: Şadlıq-sarayı  





Xəbər lenti