“Məşğulluq” altsistemində hazırda 14 min aktiv vakansiya var
S.Babayev son 4 ildə əmək müqavilələrinin sayının 30% artaraq 1 milyon 685 minə çatdığını, əməkhaqqı fondunun 92% artdığını qeyd edib:
"Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. 7 min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8 485 şəxsə işsizlikdən sığorta təyin olunub ki, bu ödənişlərdə də 30% artım qeydə alınıb".
Nazir bildirib ki, “Məşğulluq” altsistemində 110 min vakansiya qeydiyyata alınıb və hazırda 14 min aktiv vakansiya var.
Aytən Zəhra
AzVision.az
Teqlər: