"Qadın və kişilərin əmək haqlarında fərq var" - Nazir

   "Qadın və kişilərin əmək haqlarında fərq var" -    Nazir
  08 Dekabr 2021    Oxunub:827
Azərbaycanda hər il 100 mindən artıq gənc əmək bazarına daxil olur. Artıq biz yeni ildə əmək bazarına daxil olan bu gənclər üçün dəstək tədbirləri görməliyik.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib. o bildirib ki, bu gün əmək bazarının 35 faizi ixtisaslı işçidir:

"Biz növbəti dövrlərdə ixtisaslı işçilərin artırılmasına çalışmalıyıq. Digər tərəfdən əmək bazarına girən gənclərin öz ixtisaslarına uyğun iş tapmasında çətinlik var. Qadın və kişilərin əmək haqlarından az fərq olsa da var. Çağırışlar kifayət qədər ciddidir".

Nazir qeyd edib ki, ana hədəf hər bir işsizə fərdi məşğulluq planının qurulmasıdır:
"Aktivlik məşğulluq proqramlarının işsizlərə tətbiq olunması istiqamətində mexanizmlərin artıq icrasına başlanılıb. Azərbaycanda aktiv məşğul əhalinin ən azı yarısının ixtisaslarla təmin olunmasına çalışırıq və bu istiqamətdə əlaqədar qurumlarla işləyəcəyik".

Aytən Zəhra
AzVision.az


Teqlər: Gənc   İşsiz  





Xəbər lenti