"Azərbaycan gələn il Ermənistana qarşı iki yeni iddia qaldıracaq"

   "Azərbaycan gələn il Ermənistana qarşı iki yeni iddia qaldıracaq"
  08 Dekabr 2021    Oxunub:2165
“Azərbaycanın Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri yalnız bununla kifayətlənmir. İrəvana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə Azərbaycan yeni şikayətlər qaldıracaq".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, həmin konvensiyalarda şikayətetmə prosedurları bir-birindən fərqlənəcək.

"Azərbaycan gələn il iki konkret istiqamət üzrə şikayət verəcək: “Azərbaycan tərəfi ətraf mühitə vurulmuş ziyanın miqyası və enerji resurslarının qanunsuz istismarı ilə bağlı dövlətlərarası şikayətlərin irəli sürülməsini planlaşdırır”., - nazir müavini söyləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti